BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bir qrup tələbə “Bakı Metropoliten”in rəisinə müraciət etdi: “Yevlaxda metro tikilib”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ali məktəblərin bir qrup tələbəsi “Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynova müraciət ediblər. 

İstixeber.info-nun məlumatına əsasən, müraciətdə deyilir:

Hörmətli Zaur əmi!

Biz Azərbaycanın parlaq gələcəyini qurmaq ümidi ilə universitetə daxil olmuşuq. Gecə-gündüz kitab oxuyuruq, müəllimlərin dərsinə diqqətlə qulaq asırıq və verdikləri tapşırıqları yerinə yetirməyə çalışırıq. Bunun nəticəsində beynimizdə yeni-yeni ideyalar yaranır. Hansı ki, onları tətbiq etsək bütün dünyada bizdən danışarlar. Amma ideyalarımız həyata keçmir, arzularımız yarımçıq qalır. Necə?
Əziz Zaur əmi.
Avtomobilimiz olmadığına, yəni kasıb uşaqlar olduğumuza görə dərsə metro ilə gəlib-gedirik. Deyə bilərsiniz ki, mən nə edim, indi hər tələbəyə bir avtomobil alıb verim? Xeyir, buna ehtiyac yoxdur, heç bizim də belə bir tələbimiz mövcud deyil. Amma… Bax, işin bütün məğzi, canı da bu ammadadır…
Nəzərinizə çatdırmaq istəyirik ki, bizim metrodan istifadə etməyimiz, daha dəqiq desək, metrodakı vəziyyət, bir az da xırdalasaq, qatarların gec gəlməsi və vaqonlardakı havasızlıq Azərbaycan dövlətinin bugünkü inkişafına ciddi zərbə vurur, parlaq gələcəyindən məhrum edir. İnanmırsız? Bizcə, inanmalısınız.

Çox dəyərli Zaur əmi.
Bizim vaxtımızın böyük hissəsi kitabxanada, internetdə keçir, elmi araşdırma aparırıq, yaxşı nəticələr əldə edirik, yeni ideyalar yaradırıq. Və növbəti dərs günü gəlir. Biz universitetə getmək üçün metroya minirik. Vaqonda kondisioner olmadığına, havalandırma işləmədiyinə görə havasızlıqdan boğuluruq, beynimizə hava çatmır, bir növ beynimizdə qısa qapanma olur. Bütün ideyalar bu havasız vaqonlarda məhv olur. Biz özümüzü metrodan birtəhər çölə atanda artıq tamamilə başqa insanlar oluruq. Nə oxuduqlarımız yadımızda qalır, nə də ideyalarımız yerində olur. Düzdür, biz inanmırıq ki, siz bizi – Azərbaycanın gələcəyi olan gəncləri metronun havasız vaqonlarında qəsdən boğursunuz. Amma reallıq budur ki biz boğuluruq.
Bir də, gözəl Zaur əmi, biz televizorda tez-tez görürük ki, Bakıya çoxlu təzə metro qatarları gətirilir. Həmin qatarlara baxanda ürəyimiz açılır: İşıqlı, kondisionerli vaqonlar. Lakin biz bu qatarları görmürük, onlara minmək bizə çox az halda nəsib olur. Bəzi dostlarımız ciddi şəkildə deyirlər ki, güya Yevlaxda metro tikilib (Yevlax Metropoliteni) və həmin qatarları ora aparıblar. Amma biz buna o qədər də inanmırıq…
Əziz Zaur əmi, bir qayğımızı da sizinlə bölüşmək istəyirik. Vaqonlar havasız və isti olduğuna görə dərsə gedəndə möhkəm tərləyirik. Tərli olduğumuza görə metordan çıxanda külək vuran kimi xəstələnirik, sətəlcəm olub ölürük (yox bizi istəməyənlər ölsün, sətəlcəm olub dərsə gedə bilmirik).
Çox hörmətli Zaur əmi, xahiş edirik ki, Azərbaycanın gələcəyi naminə vaqonları havalandırma sistemi ilə təmin edəsiniz. Boğulduq axı…\sonxeber.az

İstixeber.info

loading...