BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qadını necə xoşbəxt etmək olar? – kişilər OXUYUN


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dünyada bu mövzuda bir çox araşdırmalar aparılıb. Lakin hələ də “qadınları necə xoşbəxt etmək olar” sualına dəqiq cavab tapılmayıb. Hətta qadınların çoxu onu nəyin xoşbəxt edəcəyini belə bilmir. Türkiyəli qadın xəstəlikləri və doğum mütəxəssisi Esra Demir qadınların necə xoşbəxt olacağı barədə maraqlı araşdırma aparıb.

İstixeber.info araşdırmanın maraqlı məqamları ilə sizi də tanış edir.

Mütəxəssislər ilk növbədə bildirir ki, qadınlar və kişilərin çox hissəsi bu iki cinsin fərqli olduğunu bilmir. Bu fərq həm fiziki, həm də ruhi mənadadır: “Bu fərqi belə də ifadə etmək olar: kişilər tək düyməli, qadınlar çox düyməli varlıqdır. Yəni qadınlar kişilərə nisbətən daha kompleksli bir quruluşa malikdirlər. Qadınlar və kişilərin etdikləri ən böyük səhv bir-birlərini öz istədikləri qəliblərə salmağa çalışmalarıdır. Kişilər onlara ağıl verilməsini, səhvlərinin deyilməsini sevmirlər. Qadınlar da kişilərin onlar kimi həssas davranmalarını, kişilərdən istədiklərini güclü cinsin nümayəndəsinin dərhal anlamasını gözləyirlər. Qadın və kişinin bir-birini yaxşı başa düşmək istəyirsə, bir-birlərinin təbiətinə yaxından bələd olmalıdırlar. Əgər bunu bilirlərsə, bir-birlərinə qarşı lüzumsuz gözləntiləri olmaz”.

Cinsi münasibət evlilikdə əhəmiyyətli yer tutur

Xoşbəxtlik və sevgiylə başlayan bir çox evlilik, cinsi bərabərliyin olmamasıyla kabusa dönə bilər. Qadınlar o ana qədər adını heç vaxt eşitmədikləri bir xəstəliklə tanış olurlar – vaginizm: “Vaginizm cinsi əlaqə zamanı pelvis əzələlərinin istəksiz sıxılması nəticəsində vagina girişinin daralması və bu səbəbdən cinsi bərabərliyin olmaması deməkdir. Düzgün həkimlər tərəfindən müvəffəqiyyətlə müalicə edildikdə problem aradan qaldırıla bilər. Müalicə müddəti 2-3 gündür. Vaginizmin müalicəsi gecikərsə, evliliyə zərər dəyə bilər”.

Qadın və kişi üçün ortaq dil sevgi dilidir. Sevgi qadın və kişi münasibətlərindəki hər cür çətinliyin öhdəsindən gələn yeganə açardır. Elə isə sevgimizi bir-birimizə necə göstərə bilərik? Həkim bunun da sirini açıb.

Təqdir edilmək

Təkcə cinsi münasibət gözləmək hamımızın xoşuna gələr. Ən çox da kişilərin. Kişilər yemək yeməyə və təriflənməyə hər zaman ehtiyac duyurlar: “Uşaqları düşünün. Onları tərifləyərək istəklərimizi daha asan yerinə yetirmələrinə nail ola bilirik. Uzun sözün qısası, insanlar yaradılışdan təqdir edilməyi və işlərinə görə tərif olunmağı sevirlər”.

Toxunmaq

Kişi və qadın hər iksi bu yoldan istifadə etsə də, toxunmaq daha çox qadının xoşuna gəlir. Tərəf müqabilinin ona sevgi ilə toxunması, saçlarını oxşaması ən əsəbi halında belə, qadını yumşaldacaq.

Hədiyyə

Kim hədiyyə almağı xoşlamır ki? Hədiyyənin böyük-kiçikliyi əhəmiyyətli deyil əslində. Vacib olan xatırlanmaq, diqqət göstərildiyini görmək, qiymətli olduğunuzun hiss etdirilməsidir.

Birlikdə vaxt keçirmək

İlk növbədə qadının kişiyə, kişinin də qadına vaxt ayırması qarşı tərəfə önəmsənildiyi hissini verir. Önəmsənilmək uşaqlıqdan gələn ruhun ən əhəmiyyətli ehtiyaclarından biridir. Bundan başqa, birlikdə nələrsə etmək, xoş əhval-ruhiyyəli vaxt keçirmək qarşılıqlı sevgini artırır. Duyğuların müsbət və ya mənfi tərəflərinin qarşılıqlı paylaşılması əlaqənin güclənməsinə səbəb olur.

5. Özünə xidmət edilməsi

Hər insanın xidmət edilməsindən xoşu gəlir. Xüsusilə kişilər özlərinə xidmət edilməsindən çox məmnun olurlar. Qadınlar da bundan özlərini xüsusi hiss edirlər və xoşbəxt olarlar. Xoşbəxt qadının həyat yoldaşı da, ailəsi də xoşbəxt olar.

Biz qadınların xoşbəxt ola bilməsi üçün danışmağımız da vacibdir. Amma kimlə? E. Demir ən vacib məqamın da əslində bu olduğunu deyir: “Bir kişi ilə danışan zaman detallara vara bilmirik. Çünki bu, kişiləri sıxar, onlar bizi dinləməz və qadının özünü dəyərsiz hiss etməsinə səbəb olar. Ən yaxşısı budur ki, qadının qadın dinləyicisi olmasıdır. Təbii ki, lazım olan şeylər haqqında kişilərlə də danışmaq lazımdır. O zaman qısa, dəqiq və konkret sözlər istifadə edərək, özümüzü və istəklərimizi ifadə etməliyik. Bu formada arada qarşıdurma olmadan nəticə alına və məhsuldar əlaqələr qurula bilər”.

Rədd edilmə qorxusu

Rədd edilmə qorxusu yaşamadan istəklərimizi ifadə etməliyik! Əslində, yenə eyni nəticəyə gəldik: duyğuların doğru şəkildə bölüşdürülməsi: “Hər iki tərəf utanmadan, çəkinmədən gündəlik həyatla əlaqədar və cinsi münasibətlərlə bağlı istəklərini rədd edilmə qorxusu olmadan bir-birilə rahatlıqla paylaşa bilər. Qadın olmaq gözəldir, xoşbəxtliyin başqasından gəlməsini gözləməyək, xoşbəxtliyi özümüz gətirək”.\aile.lent.az

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26