BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəmkirdə qızı qaçırmaq istəyənlər qızın qardaşına xəsarət yetirdilər


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şəmkir rayonunun Çinarlı qəsəbəsində qızı qaçmağa çalışarkən qardaşına xəsarət yetirilib.

İstixeber.info xəbər verir ki, 2001-ci il təvəllüdlü Məmməd Xanverdiyev bacısının qaçırılmasının qarşısını alarkən ağır xəsarət alıb.

Belə ki, 21 yaşlı bacısının avtomobillə qaçırıldığını görən M.Xanverdiyev bu işə mane olmağa çalışıb. Bu zaman onu avtomobil sürüyüb. İlkin məlumata görə, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qardaşın ağır kəllə beyin travması aldığı bildirilir.

O, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.\oxu.az

İstixeber.info

loading...