BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda “Beynəlxalq məktəb kitabxanaları günü” qeyd edildi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

28 oktyabr 2019-cu il tarixdə Yevlax şəhər Kövər kənd tam orta məktəbində ” Beynəlxalq məktəb kitabxanaları günü ” qeyd edilib.

İstixeber.info xəbər verir ki, 1999-cu ildə YUNESKO-nun qərarı ilə xüsusi bayram- Beynəlxalq məktəb kitabxanaları günü qəbul edilmişdir ki, həmin gün oktyabr ayının dördüncü bazar ertəsi günü qeyd edilir. Bu gün məhz cəmiyyətin marağını məktəb kitabxanalarına yönəltmək üçün təsis edilmişdir. Bununla baglı Kövər kənd tam orta məktəbində V-IX sinif şagirdləri arasında  “Məktəb kitabxanaları: həyata giriş qapılarıdır ” adlı mütailə ayı keçirilib. Oktyabr ayı ərzində şagirdlər Azərbaycan klassiklərinin – S.S.Axundovun, C.Məmmədquluzadənin, X.Natavanın və digərlərinin əsərlərini oxuyublar. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin və məktəb kitabxanaçısının iştirakı ilə oxunmuş əsərlərini müzakirəsi keçirilib. Ay ərzində mütailəsi ilə fərqlənən şagirdlərin adları məktəb rəhbərliyi tərəfindən qeyd edilib.

Kitabxana günüylə baglı şagirdlər məktəb kitabxanasında bir gün ” könüllülər ” kimi fəaliyyət göstəriblər.

İstixeber.info

loading...