BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sabaha gözlənilən hava şəraiti


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sabaha olan hava haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstixeber.info-ya verilən  məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Noyabrın 2-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 13-15, Bakıda gecə 10-12,  gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90  faiz olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 2-də arabir yağış yağacağı bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 7-12, gündüz 15-18, dağlarda gecə 2-6, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

İstixeber.info

loading...