BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sabahdan Azərbaycanın daha bir rayonunda icbari tibbi sığorta tətbiq ediləcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

İstixeber.info xəbər verir ki, sərəncama əsasən, Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə xəstəxananın 2019-cu il noyabrın 1-dən fəaliyyətini təmin etmək tapşırılıb.

Nazirlər Kabineti İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şahbuz Rayon Mərkəzi Xəstəxanası işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il noyabrın 1-dən 50 faiz artırılmasını da təmin etməlidir.
Bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Şahbuz Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etmək tapşırılıb.\Yeniavaz.com

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26