BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov oktyabrın 31-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib. 

Nazirliyin mətbuat xidmətindən İstixeber.info-ya verilən məlumata görə, Daxili İşlər naziri əvvəlcə mərhum prezident Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Daha sonra nazir Baş Polis İdarəsində Gəncə də daxil olmaqla respublikanın Qərb bölgəsinin 10 şəhər və rayonundan, eyni zamanda, həmin zonada məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbul üçün müraciət edən 34 vətəndaş ilə görüşüb.

General-polkovnik V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyərək, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini  tapıb.

Tədbirdə iştirak edən şəxslər göstərilən diqqət və qayğıya, müraciətlərinə çevik reaksiyaya  və həssas yanaşılmasına görə dövlət başçısına minnətdarlıq ediblər, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.

Sonda nazir V.Eyvazov bölgənin ərazi polis orqanlarının qəbulda iştirak edən rəislərinə Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən birinin vətəndaş məmnunluğunun təmini olduğunu xatırladaraq bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul edilməsini, hər bir struktur qurumda insanlarla münasibətdə etik davranış qaydalarına ciddi əməl olunmasını, onların qəbuluna daim xüsusi həssaslıqla yanaşılmasını, hüquq və azadlıqlarının, qanuni mənafelərinin yüksək səviyyədə qorunmasını, qeyd olunan işin rəhbər heyət tərəfindən gündəlik nəzarətdə saxlanılmasını tələb edib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib. O, Azərbaycan Polisinin insanların güvənc yerinə çevrilməsinin, bütövlükdə cəmiyyətdə asayiş keşikçilərinin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyətin sistemli şəkildə davam etdirilməsinin zəruriliyini vurğulayıb.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26