BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Təhsil naziri Ceyhun Bayramov Yevlaxda vətəndaşları qəbul edəcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Təhsil naziri Ceyhun Bayramov noyabr ayının 28-də Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində Yevlax və Bərdə rayon sakinlərini qəbul edəcək. 

İstixeber.info xəbər verir ki, qəbulda Yevlax və Bərdə rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-26 noyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya Nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.

İstixeber.info

loading...