BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılıq müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, müsabiqə ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar, internat məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə təşkil olunacaq.

Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən seçilərək qaliblər haqqında məlumatlar noyabrın 15-dək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.

Qaliblər qiymətli hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq dekorativ, yaradıcı, texniki və intellektual yaradıcılıq müsabiqəsi ümumtəhsil məktəblərinin şagirdləri arasında fərdi-komanda birincilik yarışıdır. Müsabiqə uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək  göstərmək, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, uşaq və gənclər arasında fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətini yönəltmək məqsədilə təşkil edilir.

İstixeber.info

loading...