BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sabaha gözlənilən hava şəraiti


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sabaha olan hava məlumatı açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstixeber.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Noyabrın 1-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 10-13, gündüz  13-15,  Bakıda gecə 11-13, gündüz  13-15 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.  

Azərbaycanın rayonlarında

Noyabrın 1-də arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

İstixeber.info

loading...