BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sumqayıtda qadın müəllimin meyiti tapılıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sumqayıt şəhərində 60 yaşlı qadın müəllimin meyiti tapılıb.

İstixeber.info-nun məlumatına görə, meyit şəhərin İnşaatçılar qəsəbəsində aşkar edilib.

Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Elvira Zərbəli qızı Kazımovanın meyiti yerli sakinlər tərəfindən tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Qadının ölüm səbəbləri araşdırılır.

İlkin məlumata görə, meyiti tapılan qadın Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbinin müəllimidir.

Faktla bağlı araşdırma aparılır.\report

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26