BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Gecə saatlarında insanlara gələ biləcək quduzluq…….


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmazın Xudat şəhərində gecələr sahibsiz küçə itləri meydan sulayır.

İstixəbər.İnfo saytı xəbər verir  ki,  Xudatda gecə saatlarında bir neçə addım atmaq kifayətdir ki, bu sahibsiz heyvanlara rastlaşasan. Adətən sürü halında gəzən yiyəsiz itlər hər an insanlar üçün təhlükə yaradır.

Nəzərə alsaq ki, sahibsiz itlərin hər biri quduzluq xəstəliyinin daşıyıcısı ola bilər, onda vəziyyətin mürəkkəbləyini təsəvvür etmək çətin deyil.

Xudat şəhər sakini Kamran Qayıbov : -Mən özüm taksi sürücüsüyəm. Gecə saatlarında Xudat şəhərində itlər həqiqətən insanlar üçün təhlükə mənbəyidir. Maşından düşəndə də ehtiyyat edirik.

Xudat şəhər xəstəxanasının cərrahiyyə şöbəsinin həkimi Məmmədyar Məmmədovdan aldığımız məlumata görə, son dörd ayda 195-nəfər it tutması ilə bağlı şöbəmizə müraciət edib. Müraciət edən xəstələrə lazimi tibbi yardım göstərilib. Həkimin sözlərinə görə ən çox it tutmaları məhz yaz-yay aylarına təsadüf edir.

Məsələ ilə bağlı Xudat şəhər Bələdiyyəsindən İstixəbər.info saytına  bildirildi ki, sahibsiz küçə itləri açıq aydın sakinlər üçün təhlükə mənbəyidir. Bu heyvanlar əvvəllər zərərsizləşdirilsə də  heyvanları qoruyan ictimai təşkilatların narazılığı ilə müşayiət olunduğundan proses son vaxtlar dayandırılıb. Lakin rayonlarda da bəzi ictimai təşkilatlar fəaliyyət göstərsəydi, sahibsiz itləri küçələrdən yığışdırmaq olardı.

İstixəbər.info  olaraq Xudat sakinlərinə və bura qonaq gəlmək istəyənlərə  gecə saatlarında küçə ilə hərəkət edən zaman ehtiyyatlı olmağı məsləhət bilirik. Yəqin ki, bundan sonra sahibsiz küçə itləri ilə bağlı problem aradan qaldırılar.

Əziz oxucular gecə saatlarında  Xudat şəhərindəki sahibsiz itlərlə bağlı  video matrealı sizə təqdim edirik.

Baş redaktorRəşad Ağaşirinov

İstixəbər.info informasıya portalı

loading...