BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Elçin Quliyev tanınmış jurnalist İradə Cəlilovanı təltif etdi – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı bu gün Dövlət Sərhəd Xidmətində jurnalistə təqdim edilib

İstixeber.info-nun məlumatına görə, Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı İradə Cəlilova “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə verilən medal bu gün İradə Cəlilovaya təqdim edilib.

Qeyd edək ki, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli Qanunu ilə təsdiq edilib.\Sputnik.az

İstixeber.info

loading...