BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dəmiryol xəttlərinin bir addımlığında yanğın başladı – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün 14 :53 radələrində Bakı-Moskva dəmir yolu xəttinin dördüncü şöbə adlanan ərazisində yanğın hadisəsi baş verib.

İstixeber.info xəbər verir ki, ilkin ehtimala görə, yanğına səbəb kənd təsərrüfatı ilə məşğul olan sakinlərin ərazidə təmizlik işləri aparması olub. Yanğın nəticəsində 1 hektara yaxın ərazi kol-kos, meşə zolağı yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xudat şəhər yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Hadisə yerinə iki yanğınsöndürən maşın göndərilib. Bundan başqa hadisə yerində dəmiryol xəttinin içşiləri və səlahiyyəyli nümayəndələri olub. Yanğının qısa müddət ərzində söndürülməsinə nail olunub. Yanğının digər meşə bağ zolaqlarına keçməsinin qarşısı alınıb. Hadisə yerində olan əməkdaşımız bildirir ki, yanğın söndürüldüyü zaman dəmiryol xəttindəki enerji kəsilib. Yanğının söndürülməsi zamanı xəsarət alan yoxdu.

İstixeber.info Xaçmaz
Rəşad Ağaşirinov

loading...