C. Dek 13th, 2019

HACIQABULDA OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Arpa oğurlayan şəxs saxlanılıb

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, oktyabrın 13-də Qaradağ rayon sakini Natiq Həsənov Hacıqabul RPŞ-yə ərizə ilə müraciət edərək rayon ərazisində ona məxsus taxıl anbarından ümumi dəyəri 800 manat olan 2 ton arpanın oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı İmran Novruzov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İstixeber.info