BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Futbol üzrə Region Ligasının ilk oyunu keçirilib – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün ölkə çempionatının Region Ligasının oyunlarına start verilib.

İstixeber.info xəbər verir ki, oyunlar çərçivəsində paytaxt komandaları da olmaq şərti ilə şimal regionunun ilk oyunu baş tutub. Xudat FK-nın qonağı olan Qusarın Şahdağ FK-u 0-3 hesabı ilə qələbə qazanıb. Oxucuların nəzərinə onu da çatdıraq ki, Xudat FK  Liga çempionatına ilk dəfə qatılıb. Oyundan sonra saytımıza müsahibə verən komandaların baş məşqçiləri növbəti oyunlarda da iddialı olduqları görünür. Məşqçilər növbəti oyunlar haqqında öncədən fikir söyləməyin çətin olduğunu vurğuladılar.
Maraqlı məqamlardan biri isə Xudat şəhərinin stadionu olmadığından ev oyunları Qusar rayonu Şirvanofka kənd stadionunda keçirilir. Oyunu izləyən saytımızın əməkdaşı və Xudat FK-nun mətbuat xidmətinin rəhbəri Rəşad Ağaşirinov bildirir ki, oyun çox çətin keçdi. Uşaqların yeni olması və əksəriyyətinin peşəkar futbol təcrübəsinin olmaması oyunda da hiss olunurdu.Amma buna baxmayaraq hər zaman yeni komandalar sürpiriz nəticələr əldə edə bilirlər.

Növbəti oyunlarda Xudat FK-na uğurlar arzu edirik.

İstixeber.info Qusar 25.10.2019

loading...