BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Rusiya qoşunlarını Türkiyə-Suriya sərhədinə göndərir


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Kürd hərbi qüvvələrinin bölgədən uzaqlaşdırılmasına dair razılaşmanın ilkin mərhələsi olaraq Rusiya qoşunları Türkiyə-Suriya sərhədinə göndərilir.

Fərat çayını keçmiş hissələr Kobani şəhərinə doğru hərəkət edirlər.

İstixeber.info-nun məlumatına görə, Rusiya ilə Türkiyə arasındakı razılaşmaya görə, kürd döyüşçülərinə sərhəddən 30 km çəkilmək üçün 150 saat vaxt verilib.

Türkiyə qoşunları kürd döyüşçülərinə qarşı son hücumdan sonra ələ keçirdiyi əraziyə nəzarəti davam etdirəcək. Türkiyə kürd hərbçilərini terrorçu qrup hesab edir.

Türkiyənin planlarına həmçinin Suriyanın sərhəd bölgəsində “təhlükəsiz zona” yaratmaq da daxildir. Bu bölgədə Türkiyədəki təxminən iki milyon suriyalı qaçqının yerləşdiriləcəyi planlaşdırılır.

Türkiyənin Suriyaya hərbi müdaxiləsi ABŞ qoşunlarının gözlənilmədən Suriyanın şimalından çıxarılmasından sonra baş verib. ABŞ qoşunları özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı mübarizədə kürd döyüşçülərinə dəstək verirdi.

İstixeber.info

loading...