BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

1475 azn su borcu olan sakinlərə görə, su üzünə həsrət qalan digər qonşular – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 6
  •  
  •  
  •  
  •  

Xudat şəhəri K/Z-qəsəbəsinin sakinləri saytımıza şikayət məktubu yollayıblar.

Sakinlərin şikayətini qəbul edən əməkdaşımız bu gün adı çəkilən ünvanda olub.

Xudat şəhəri K/Z-qəsəbəsinin 5 nömrəli binanın sakinləri iddia edir ki, içməli suyumuzun gəlməsində problemlər var. Neçə aydı bol su üzünə həsrət qalmışıq. Çox istərdik ki, bizim bu məsələni ictimailəşdirəsiz. Sakinlər ilə söhbət etdiyimiz zaman Xudat şəhər MİS-nin rəisi Bəxtiyar Hüseynov ərazidə olduğumuzu bilib sakinlərin şikayətini dinləməyə gəldi. İlk öncə Bəxtiyar müəllim sakinlərə onların su borcu ilə bağlı məsələni xatırlatdı. Deməli 5 nömrəli binanın sakinlərinin ümumilikdə 1475 manat su pulu borcu var. Amma buna baxmayaraq bu binaya hər zaman su verilib. Suyun az gəlməsinə səbəb su xəttlərinin 1970-ci illərdə çəkilməsi, xətlərin köhnə olması və bəzi sakinlərin su xəttlərinə su nasoslarını qoşmasıdır. Bu məsələlərdə suyun verilməsində problemlər yaradır. Dediyiniz məsələni sakinlər özləridə yaxşı bilir. Ammaları elə özlərinin yanında deyirəm. Sakinlər əyər suyun az vaxt gəlməsindən narahatdırsa bunuda həll edirik. Suyun evlərinə verilməsi vaxtını 1 saata artırarıq.

Məsələ ilə bağlı Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bildirildi ki, sadalanan ərazinin su məsələsi bizimlə heç bir əlaqəsi yoxdu. Xudat şəhəri K/Z-qəsəbəsinin su məsələlərinin həlli MİS-nin səlahiyyətləri çərçivəsindədir.

Oxucuların nəzərinə onuda çatdıraq ki, yaxın zamanlarda Xudat şəhərinin su-kanalizasiya xəttlərinin ümumilikdə yenilənməsi gözlənilir.

Məsələ ilə bağlı videomaterialı linkdə izləyə bilərsiz.

İstixeber.info Xudat 23.10.2019
Rəşad Ağaşirinov

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26