BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

SABİRABADDA OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Evdən 2200 manat oğurlamışdı

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Sabirabad rayonu Zalqarağac kənd sakini olan bir qadın DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə zəng edərək ona məxsus fərdi yaşayış evindən pulunun oğurlandığı barədə məlumat verib.

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini İsmayıl Azayev saxlanılıb. Dindirilmə zamanı İ.Azayev evdən 2200 manat pulu oğurladığını etiraf edib və həmin pullar ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26