BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Naqif Həmzəyev: “Xalq dağıdıcı müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə inanmır”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan demokratik dəyərlərə sadiq ölkədir və burada sərbəst toplaşmaq azadlığı hər bir kəsin hüququdur. İstənilən siyasi qüvvə bu imkanlardan istifadə edə bilər və onlar üçün müvafiq yerlər ayrılır, hətta iştirakçıların təhlükəsizliyi də təmin olunur.

İstixeber.info xəbər verir ki, bu fikirləri milli məclisin deputatı Naqif Həmzəyev deyib. Onun sözlərinə görə, 8 oktyabr tarixində Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək istəyən özünü müxalifət nümayəndələri adlandıran pozucu qüvvələr bu rəsmən icazə verilən razılıqdan sui-istifadə etdilər. Onlar düşünülmüş şəkildə nəqliyyatın hətəkətini iflic vəziyyətinə salaraq, şəhərin mərkəzində qarışıqlıq yaratmağa çalışdılar, vətəndaşların təhlükəsizliyini sual altına aldılar. Bu dəfə də asayiş keşikçiləri səbr və təmkinlə qanunazidd əməllərin qarşısını aldılar.

Məqsədinə çatmayan pozucu müxalifət sosial şəbəkələr vasitəsilə icra hakimiyyətinin icazə verdiyi yerdə yox, əhalinin daha gur olduğu yerlərində–xüsusilə, metro stansiyalarının qarşısında mitinq keçirmək üçün çəhd etdilər.

Demokratiya pərdəsi altında çirkin niyyətlərini həyata keçirmək üçün var qüvvələri ilə səfərbər olan dağıdıçı müxalifətin istəyi, arzusu ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara kölgə salmaq, sabitlik adasına çevrilən ölkəmizin dincliyini pozmaqdır.

Milli Şuranın oktyabr ayının 19-da Bakıda təşkil etdiyi icazəsiz aksiyanın xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi bir daha təsdiq etdi ki,dağıdıcı müxalifətin fəaliyyəti də sözləri kimi şoudan başqa bir şey deyildir. Ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur. Xalq dağıdıcı müxalifətin yalan vədlərlə dolu pafoslu sözlərinə inanmır və bu faktor sabitliyi şərtləndirən əsas amildir. Ona görə də bu radikal ünsürlərin Azərbaycanda sabitliyi pozmaq, ölkəmizin inkişafına mane olmaq cəhdləri heç bir nəticə verməyəcək. Təxribat xarakterli mitinqin başında duran Əli Kərimli isə vətəndaşları qanunsuz aksiyaya təhrik etdiyinə, onların təhlükəsizliyini sual altına aldığı üçün, ictimai asayişi pozduğuna görə qanun qarşısında ciddi şəkildə cavab verməlidir.

İstixeber.info

loading...