BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Oxuyanlara məsləhət – Dərs arası yatmaq uğuru artırır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Mütəxəssislər şagird və tələbələr üçün yuxunun əhəmiyyətindən danışıb.

İstixeber.info-nun məlumatına görə, bu barədə Türk Yuxu Tibb Dərnəyinin üzvü, Nevrologiya üzrə mütəxəssis Prof.Dr. Hikmət Yılmaz danışıb. Onun dediklərinə görə, oxuyarkən arada yatıb oyanan şagirdlər dərslərini daha asan öyrənir. Qeyd edək ki, 2017-ci ildə aparılan araşdırmaya görə, pis yatan insanların Alzheimerə yaxalanma riskinin yüksək olduğu diqqət çəkib. Bundan başqa professor məktəbəqdər uşaqların 10, orta məktəblilərin 9, yuxarı siniflərdə oxuyanların isə 8 saat yatmalarını qeyd edib.

SAĞLAM YATAN İNSANLARIN ÖYRƏNDİKLƏRİ QALICI OLUR

Sağlam yatan və REM (Sürətli Göz Hərəkətləri) yuxusunu kifayət qədər alan insanların öyrəndikləri qalıcı, yaddaşı güclü olur. Həmçinin öyrəndiyi biliyi ehtiyacı olanda istifadə etməyi bacarır. Əks halda öyrəndikləri uçuşa bilir. Bəlkə də həmin an yaddaşda qısa müddət qalır, amma daha sonra itib gedir.

DƏRS OXUYAN ZAMAN YATIB OYANMAQ ÖYRƏNMƏK QABİLİYYƏTİNİ ARTIRIR

İmtahanlara hazırlaşan tələbələrin uğurunu artıran məsləhət: şagird və ya tələbələr dərs arası mobil telefonuna, televizora baxmaq, internetə girmək yerinə yatıb oyandıqdan sonra dərslərə davam etsələr öyrəndiklərini daha tez qavrayaraq, 1-2 dəfə təkrarlamaqla daha qalıcı bilgi əldə etmiş olurlar. Bu bilginin əldə edilməsində beyindəki hipokampüs adlanan bölgənin REM yuxusu zamanı sinaptogenez ilə məlumatların əldə edilməsini sürətləndirdiyi, qarışıq bilgiləri isə sildiyi bildirilir.

Məktəbəqədər uşaqların 10-10,5 saat yuxuya ehtiyacı olur. Əgər uşaq saat 7-də yuxudan durursa, axşam saat 9-da yatmalıdır. Orta məktəbdə oxuyan uşaqların isə saat 10-a kimi yatması lazımdır. Çünki saat 11-dən sonra melatonin adlanan hormon ifraz olunur. Bu hormon uşaqların inkişafında çox əhəmiyyətli rol oynayır. Böyümələrində, hüceyrələrin yenilənməsində də mühüm rol oynayan melatonin  xoşbəxtlik yaradır, sümüklərin inkişafına müsbət təsir edir. Ona görə də yuxu uşağım sağlamlığında çox, çox vacibdir. Bunun dərsləri qavramaqda inanılmaz dərəcədə yeri var. Çünki yatan zaman beyin sinir hüceyrələri arasındakı əlaqəni daha çox artırır.

YATMAZDAN 1 SAAT ƏVVƏL DƏRS OXUMAQ ÖYRƏNMƏ QABİLİYYƏTİNİ ARTIRIR

Nizamlı şəkildə yatmaq insan üçün çox vacibdir. Odur ki, uşaqlar dərs oxuyandan sonra ən gec 1 saat ərzində yatırlarsa onların öyrənmə qabiliyyətləri çox ciddi şəkildə artır.\turpkimi

İstixeber.info

loading...