BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda Region Futbolu üzrə komandaların püşk atma tədbiri keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün paytaxt Bakıda futbol üzrə ölkə çempionatının region ligasının püşk atma mərasimi keçirilib.

İstixeber.info xəbər verir ki, tədbir AFFA-nın Futbol Akademiyasında keçirilib. Püşk atma tədbirində Bakı şəhəri daxil olmaqla şimal rayonlarının futbol komandaların rəhbərləri, baş məşqçiləri iştirak edib.

Nəzərinizə çatdıraq ki, bu ilki region çempionatında Xudat futbol komandası ilk dəfə iştirak edir.

Klubun rəhbəri Samir Cəliliovun sözlərinə görə, çempionata ilk dəfə qatılmağımıza baxmayaraq uşaqların oyunundan yüksək naliyyətlər gözləyirik. Düzdü klubumuz 2012 -ci ildə yaranıb,amma buna baxmayaraq bir çox rayon çempionatlarında uğurlarımız olub. Amma bu il artıq region liqasına qoşulmağımız və qəbul edilməyimiz bizi həvəsləndirir. İnşallah uğurlarımız bol olar.

Qeyd edək ki, bu gün keçirilən püşkatmada Xudat FK-sı Qusarın Şahdağ FK-sı ilə qarşılaşacaq.

Digər oyunlar isə belədir.

Şahdağ (Quba)-Şirvanofka (Qusar),

Uğur FK-Qardaşlar FK,

Qusar FK-İrəvan FK.

İstixəbər.info saytı olaraq bütün komandalara uğurlar arzulayırıq!

İstixeber.info Bakı..
Rəşad Ağaşirinov

loading...