BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

QHT AQMKGT-nin RESURS VƏ TƏLİM MƏRKƏZİNDƏ YEKUN TƏDBİR VƏ SEMİNARLARINI BAŞA VURDU – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi «Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsi çərçivəsində son tədbir və seminarları AQMKGT-nin Tə’lim və Resurs Mərkəzində həyata keçirdi.

Birlikdən İstixeber.info-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni canlı oxunduqdan sonra, iştirakçıları salamlayan layihə rəhbəri Şahin Qədirov öncə Ümummilli Liderimiz Heydər Əliyevin və cəmi şəhidlərimizin ruhlarını bir dəqiqəlik sükutla yad etməyi tədbir iştirakçılarından xahiş etdi və qonaqları salamlayaraq, layihənin məqsəd və vəzifələrindən danışdı.Sonra sözü ekspert Səhərnaz Muradovaya verdi. O, layihə rəhbərinə təşəkkür edərək hərbi vətənpərvərlik ideyalarının xüsusən gənclər arasında təbliğinin hava-su kimi vacibliyindən danışaraq müasir gənc əsgərlərimizin qəhrəmanlıqlqarının hər bir yeniyetmə və gənclərimizə örnək olması üçün bədii senarilərin yazılmasından, eyni zamanda bu istiqamətdə qarşıda xeyli yeni vəzifələr durmasından geniş məruzə etdi.
Ekspert Orxan Cabbarov mədəniyyət və incəsənət sahəsinə yeni yanaşmaların yollarını, yeni yaranacaq sənət nümunələrinin keyfiyyətinin yaxşılaşdırılması üçün davamlı axtarışların aparmasının zəruriliyini qeyd etdi. Əlavə olaraq bildirdi ki, mədəniyyət və incəsənət nümayəndələrini hərbi vətənpərvərliliyin inkişafına cəlb etrməkçün, bütün sənət adamlarının hərbi vətənpərvərlik istiqamətində səylərini bir araya gətirməkçün tez-tez dəyirmi masaların, görüşlərin təşkili vacibdir.
Tədbirdə gənc yazarlardan Elnarə Təmrazlı söz alaraq, mədəniyyət və incəsənət nümayəndələrinin müvafiq sahələrdə birgə fəaliyyətinin təşkili , seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar dövlət müəssisələri, fondlar arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılmasını təklif etdi.

Tədbirdə digər gənc yazarlardan Sevinc Məcidlinin, Selcan Məmmədlinin, Ruhiyyə Kazımlının maraqlı çıxış və təklifləri oldu.
Sonda tədbir iştirakçılarına metodiki tövsiyyələr, bukletlər, dəftərxana ləvazimatları paylandı.
Layihənin seminar hissəsi 17.10.2019, 18.10.2019-cu il tarixlərdə açıq diskusiya şəraitində davam etdi. «Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsinin rəhbəri Şahin Qədirov, ekspertlərdən Orxan Cabbarov tərəfindən icra edilən seminarlarda hərbi vətənpərliyin əhali arasında geniş vüsət tapması, vətənpərvərliyin milli idealogiyaya çevrilməsi yolları izah edildi.Seminar iştirakçıları mədəniyyət və incəsənət birliklərinin, ocaqlarının əlaqələndirmə mərkəzlərinin yaradılmasının vacibliyini dəfələrlə dilə gətirdilər.Onlar belə bir maraqlı layihənin həyata keçrilməsində dəstəyi və əməyi olan şəxslərə minnətdar olduqlarını bildirdilər.
Tədbirdən sonra və seminarlar zamanı çay, kofe arxasında səmimi söhbətlərin, diskusiyaların olması layihənin işinə əlavə rəng qatdı.

İstixeber.info

loading...