BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi həyata keçirilib – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən “Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi həyata keçirilir.

İstixeber.info xəbər verir ki, layihə çərçivəsində sonuncu görüş Xaçmaz şəhəri, şəhid Çingiz Abdullayev adına 2 saylı orta məktəbdə təşkil edilib. Görüşdə yuxarı sinif şagirdləri, müəllimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Görüş zamanı internetdəki zərərli informasiyaların şagirdlərə təsirindən danışılıb. Bildirilib ki, qlobal internet şəbəkəsi və texnologiyanın sürətli inkişafını nəzərə alsaq uşaqların zərərli informasiyalardan qorunması, həmçinin onların informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində maarifləndirmə günümüzün ən aktual problemlərindəndir. Hazırda ölkəmizdə əhalinin təxminən 80 faizi internet istifadəçisidir. Onların arasında məktəblilər üstünlük təşkil edir. Lakin heç də hamı internetdən məlumat almaq, maariflənmək məqsədilə istifadə etmir. Xüsusilə yeniyetmə və məktəblilər zərərli informasiyaların, şiddət təbliğ edən görüntülərin təsiri altına tez düşür. Bu problemdən çıxış yolu şagirdlərə maarifləndirici görüşlər keçirib, profilaktik söhbətlər aparmaqdır.

Tədbirdə çıxış edən Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov şagirdlərə zərərli və pis vərdişlərdən uzaq durmağı tövsiyyə edib. Məktəblilərin internetdən yalnız bilik səviyyələrini artırmaq və məlumatlanmaq üçün istifadə etməli olduğunu bildirib.Görüşün keçirildiyi Xaçmaz şəhər 2 №-li tam orta məktəbdə 1000-dən çox şagird təhsil alır.

Diskussiya və aktiv müzakirələr şəraitində keçən görüş şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, layihə çərçivəsində ölkənin ilk uşaq kanalı olan “ARB Günəş” telekanalında mövzuya həsr olunan televiziya proqramı lentə alınıb və oktyabr ayın 19-u saat 18:25-də yayımlanacaq.

İstixeber.info Xaçmaz 16.10.2019
Rəşad Ağaşirinov
Vəli Turan

loading...