BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əmrah Fəqanoğlu yazır: “Qarabağ Azərbaycandır!” nidasını düşmənin gözünə ox kimi batıran Prezidentimiz


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən bizi 16 illik bir zaman məsafəsi ayırır. 2003-cü il prezident seçkiləri ərəfəsində onun bölgəyə etdiyi mütəmadi səfərlərində “İki sahil ” qəzetinin Prezident Aparatına akkreditə olunmuş əməkdaşı kimi mən də qatılmışam. Jurnalist həmkarlarımla bərabər seçiciləri ilə görüşlərindən çoxsaylı reportajlar hazırlamışam. Hər bir bölgədə, rayonda sakinlər İlham Əliyevi öz doğması kimi qarşılayır, seçki günü öz səslərini namizədlərdən yalnız ona – ölkəmizin işıqlı gələcəyinə, tərəqqisinə verəcəklərini bildirirdilər. Nəhayət, həmin gün – oktyabrın 15-i gəlib çatdı və xalq öz arzusunu gerçəyə çevirdi…

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyasını yeni mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində bu gün Azərbaycan dünyanın iqtisadi inkişaf baxımından lider ölkələri sırasında layiqli yer tutur. Beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilib. Dövlətimizin başçısı Ermənistan ordusu tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirir. “Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar predmeti ola bilməz!”- deyə bəyan edən Prezidentimizin hər kəlməsi belə düşmənə ağır zərbə, dosta dəstəkdir. Ermənistanın baş naziri Nikol Paşinyanın təxminən iki ay bundan əvvəl Qarabağa səfər edərək, 11-15 dığa və axçinin əhatəsində avantüristcəsinə səsələndirdiyi “Qarabağ Ermənistanındır” sözlərinə Ali Baş Komandanımızın cavabı alı kürsüdən – “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında olduqca sarsıdıcı şəkildə səsləndi. Deyərdim ki, iti bir ox olub düşmənin gözünə və köksünə sancıldı: “Qarabağ Azərbaycandır və nida işarəsi!”. Bununla da düşmənə növbəti dəfə öz həddini aşmamaq və bəlli güclərin himayəsi ilə işğal etdiyi torpaqlarda quyruq bulamağının müvəqqəti olması mesajı verildi.

Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında isə öz jest, hərəkət və düşünülməmiş danışıqları ilə siyasət adamından daha çox siyasi şoumeni xatırladan Paşinyan daha sarsıdıcı nokautunu aldı. Belə ki, Prezident İlham Əliyev nasizmə xidmət edən qatı cinayətkar Qaragenə İrəvanın mərkəzində heykəl qoyulmasının Ermənistanın yürütdüyü indiki faşizm siyasətinə adekvat olmasını konkret fakt və dəlillərlə diqqətə çatdırdı. Hansı ki, təkzibedilməz bu faktlar Rusiya xüsusi xidmət orqanlarının araşdırmaları nəticəsində də bir daha öz təsdiqini tapıb. Nikol əsasız priyomlarla düşdüyü acınaqcaqlı durumdan qurtulmağa, özlərinə haqq qazandırmağa çalışsa da, əksinə danışdıqca Aşqabad batan kimi, daha da batdı… Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin bu mühüm açıqlaması ilə Ermənistan hakimiyyətinin iç üzünü bir daha yaxından bələd oldu.
Öz Vətənini, dövlətini, xalqını, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını dərin məhəbbətlə sevən Prezidenti xalq da sevir və həmişə də ona arxa-dayaqdır!

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26