BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“Özümüzü evimizdəki kimi hiss edirik” – Ərdoğan


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Biz Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik”.

İstixeber.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Dünya Türk İş Şurasının toplantısında bildirib.

Türkiyə prezidenti Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir bəndi birlik üçün örnək göstərib:

“Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,

Eşqimiz bir, yolumuz bir,
Azərbaycan-Türkiyə”.

Rəcəb Tayyib Ərdoğan Türkmənistanı da ayrı tutmadıqlarını, dilimizin, dinimizin bir olduğunu vuruğulayıb.

Qeyd edək ki, Türkmənistan Şuranın üzvü deyil.

O, İsmayıl Qaspıralının “Dildə, işdə, fikirdə birlik” şüarının həyata keçməsinin tam zamanının çatdığını vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətindən danışarkən deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “Bir millət, iki dövlətin” iki diasporu olmaz”.

İstixeber.info

loading...

TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26