BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sevdiyinizlə birlikdə romantik vaxt keçirməyin yolları


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cütlüklərin ən böyük problemi bir-birlərinə yetərincə vaxt ayırmamaqdır.  Gərgin iş saatları cütlüklərin bir-birilə  kifayət qədər vaxt keçirməməsinə səbəb olur.

İşdən evə gələn cütlüklər uzağı  1 saat birlikdə  televizora baxırlar. Bu vəziyyət zamanla yoldaşların bir-birlərindən uzaqlaşmasına, hətta ayrılmağına səbəb olur.

Həyat yoldaşınızla daha keyfiyyətli vaxt keçirmək, keçmiş günləri geri qaytarmaq mümkündür.

İstixeber.info evinizə səadət gətirəcək bir neçə təklifi təqdim edir.

1. İlk görüşünüzü yenidən nizamlayın

İlk görüşünüz bəlkə də möcüzə idi, bəlkə də çox mənasız keçmişi ola bilər. Heç fərq etməz. Yaşınız neçə olur-olsun, ilk görüşünüzü təkrar edin. Həyat yoldaşınıza nə üçün aşiq olduğunuzu bir daha xatırlayın. İşləri, hesabları, uşaqları və həyatınızın mərkəz nöqtəsində olan hər şeyi bir kənara qoyun və bu romantik anın həzzini yaşayın.

2. Təkbətək bir gecə keçirin.

Gözəl yeməklər hazırlayın və ya sifariş verin. Sizə yaraşan və rahat olan paltarı seçin.  Ən sevdiyiniz musiqi sədaları altında gözəl bir axşam yeməyi yeyin. Özünüzə ayırdığınız bu vaxt  sevdiyinizi yenidən dərk etməyə imkan verəcək.

3. Birlikdə bir şeylər edin


Bəzən adi bildiyiniz hərəkəti etmək,  birlikdə gəzintiyə çıxmaq həyat yoldaşınızla daha keyfiyyətli vaxt keçirməyin əsas yollarından biridir.  İdman edə,  birlikdə kursa gedə, ekskursiyalara qoşula və ya sadəcə gəzintiyə çıxa bilərsiz. Əslində nə etdiyiniz deyil,  sevdiyinizlə birlikdə nəsə etməyiniz əhəmiyyətlidir.

4. Fantaziyalarınızı işə salın, istedadınızı göstərin

Bəzi insanlar yaxşı hekayə və şeir yaza, bəziləri musiqiyə maraq göstərə və ya yaxşı rəsm çəkə bilər. Hansı mövzuda istedadınız varsa, həyat yoldaşınız üçün bu qabiliyyətinizi nümayiş etdirin. Nəticəsi əbədi olacaq.

5.Tətil və ya həftəsonu haqqında planlama edin

Cütlüklərin hər dəfə dörd divar arasında qalması,  eyni həyat tərzi bir-birindən soyudur. Kiçik bir dəyişiklik isə münasibətlərdə çox şeyi dəyişə bilər. Qısa istirahət planı tutun və ya həftəsonu harasa gedin.  Kiçik bir yerdəyişmə  əlaqəniz üçün möcüzələr yaradacaq. Bir-birinizlə daha məhsuldar romantik anlar yaşayacaqsız.

6. Birlikdə oyun oynayın

Oyun oynamağı sevən həyat yoldaşınız varsa lap yaxşı. Keçmişə qayıdın. Ən sevdiyi oyunlardan oynayın,  bu bir video oyun və ya uşaq oyunu ola bilər. Oyun bir-birinizə daha yaxın olmağınızı təmin edəcək.

8. Kinoya gedin

Ən sevdiyiniz filmlərdən ibarət bir kino gecəsi təşkil edin. Köhnə filmləri izləyərək əylənə, stressdən uzaqlaşa və ehtiraslı anlar yaşaya bilərsiniz.\TurpKimi.com

İstixeber.info

loading...