BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Öpüşməyin ömrü uzatdığını bilsəniz nə edərsiniz? – Tələsməyin, əvvəl faydalarını oxuyun, sonra…


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Öpüşməyin insan sağlamlığa inanılmaz faydaları

Öpüşməyin immun sistemini gücləndirdiyini bilirdiniz? Və ya metabolizmanı sürətləndirərək arıqlamağa, diş problemlərinə və alergiya ilə mübarizə aparmağa kömək etdiyini necə?

İstixeber.info xəbər verir ki, öpüşməyin çoxlu növü var. Öpüşərək duyğu və hisslərinizi göstərə bilirsiniz. Öpüşməyin faydalarına gəldikdə çox təəccüblənəcəksiniz. Hətta yazını oxuduqdan sonra daha çox öpüşmək istəyəcəyinizə əminik, xüsusilə də öpüşməyin ömrü uzatdığını oxuduqdan sonra…

– İmmun sistemini gücləndirir

Tez-tez öpüşmək bir çox xəstəliklərin qarşısını almağa kömək edir. Bu necə mümkündür? Bu zaman bədənin müdafiəsini təbii yolla artıran hormonal vəzlər hərəkətə keçir. Öpüşərkən eyni zamanda tüpürcək başqa birisinin tüpürcəyi ilə qarışır, bu isə mikroblara qarşı təbii yolla immun sisteminin güclənməsinə kömək edir.

– Ağrını azaldır

Öpüşərkən ifraz olunan endorfinlər ağrıkəsici xüsusiyyətə malikdir. Bu həmçinin qan damarlarının genişlənməsiylə əlaqəlidir. Ona görə də öpüşmək artrit, fibromiyalji, xroniki yorğunluq və əzələ problemləri kimi iltihablı xəstəliklərin səbəb olduğu ağrılardan əziyyət çəkən insanlar üçün faydalıdır.

– Antidepressantdır

Öpüşmək insanlara xoş əhval-ruhiyyə bəxş edən oksitosinin ifraz olunmasına səbəb olur. Bu şəkildə öpüşmək təbii antidepressant olaraq işini görür. Odur ki, öpüşmək dərman almağa ehtiyac duymadan stress, üzüntü, təlaşlanmaq, depressiya, sıxıntı kimi problemlərlə mübarizə aparmaqda inanılmaz alternativdir.

– Ürək-damar problemlərinin qarşısını alır

Stress, yüksək xolestrol və ürəyin işemik xəstəliyi insanda yaranan müxtəlif xəstəliklərin başlıca səbəblərindən biridir. Ona görə də sağlam pəhriz saxlamaqla yanaşı tez-tez öpüşmək də müalicəyə əhəmiyyətli dərəcədə təsir edir. Çünki öpüşərkən ürəyin ritmi artır və qan təzyiqi nizamlanır.

– Əzələləri işlədir

Öpüşərkən 30-a yaxın üz əzələləri işləyir və qan axını hərəkətə keçir. Bu, üz dərisinin sıx, yumşaq və gənc qalmasına səbəb olur.

– Dişləri çürüməyə qoymur

Çox təəccüblənəcəksiniz, amma bu belədir. Aparılan araşdırmalara görə, öpüşərkən 40 minə yaxın zərərsiz bakteriya digər şəxsə keçir. Bunlar tüpürcəyin təbii müdafiə mexanizması tərəfindən qəbul edilir. Öpüşmək tüpürcək vəzlərinə xəbərdarlıq edir. Bu da tüpürcəyin yenidən yaranmasına və onun dezinfeksiya maddələri sayəsində oral mikroorqanizmlərin yox edilməsinə kömək edir. Nəticədə öpüşmək diş daşlarının, çürüyün və bir çox problemlərə səbəb olan turşuların yaranmasını azaldır.

– Metabolizmanı və arıqlamağı sürətləndirir

Öpüşərkən nəbzin sürəti dəqiqədə 70 ilə 140 arasında artır. Bu isə metabolizmanı artırır və daha çox kalorinin yandırılması deməkdir.

– Özünə inamı artırır

Öpüşmək bizə sevildiyimizi və öpdüyümüz insan üçün önəmli olduğumuzu hiss etdirir. Bəzi mütəxəssislər özünə inamlarını artırmaq üçün hər kəsin işə getməzdən əvvəl həyat yoldaşını, sevgilisini öpməsini məsləhət bilir. Bu daha yaxşı iş performansına səbəb olur.

– Allergiyanın təsirlərini azaldır

Öpüşərkən histaminin ifrazı artır və onun sayəsində asqırmaq, gözdə tıxanıqlıq və burun axması kimi allergiyanın səbəb olduğu göstəricilərin qarşısı alınır.

– Öpüşmək xoşbəxt edir

Öpüşmək xoşbəxtlik hormonunu artırır. Bunlar dopamin, serotonin və oksitosindir. Belə ki bu hormonların səviyyələrinin yüksəlməsi böyük xoşbətlik və həzz duyğusu verir.

– Öpüşmək ömrü uzadır

Qeyd edilən səbəblərdən sonra öpüşmək verdiyi bütün bu faydaları ilə insan ömrünü uzadır. Bunun üçün lazım olan yeganə şey sevdiyinizlə səmimi və davamlı öpüşməkdir.\turpkimi

İstixeber.info

loading...