BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sevginin ömrü neçə ildir?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Türkiyənin Tibb fakultəsinin ürək-damar cərrahı, prof. Dr. Özalp Karabay eşqin bədəndə və hormonlar üzərindəki təsirləri ilə bağlı maraqlı məlumatlar verib.

İstixeber.info bildirir ki, Özalp Karabay eşqin bədən və hormonlar üzərində təsirinin 2,5 il davam etdiyini, yerini sevgi və güvən kimi hisslərə buraxdığını söyləyib.

Eşqə düşən insanın bədənində həyəcan yaradan dopamin, adrenalin kimi hormonlar yarandığından insanda həyəcan, həyəcanla birlikdə asılılıq və xoşbəxtlik kimi hisslər yaşanır.

Eşqin yerini nə tutur?

Eşqi uzun ömürlü etmək, eyni səviyyədə saxlamaq şansı yoxdur. Çünki zaman keçdikcə hormonların səviyyəsi eyni vəziyyətdə qalmır. Ona görə də eşqin bədən və hormonlar üzərindəki təsiri 2,5 il davam edir. Burdakı hisslər yerini sevgi, güvən kimi daha fərqli və gözəl duyğulara təslim edir. Yəni başlanğıcda gözəl olan eşqin yerini onu dəstəkləyən başqa davranışlar alır. Eşq ilk olaraq hormonal və duyğusal olsa da, daha sonra sevgiyə çevrilə bilir.

Eşq dəlilikdir?

Eşq keçici bir dəlilik, ağlın bir anlıq tutulması və görünüşlə başlayan bir hissdir. Bir anda gözlərinizin önündə şəkil çəkilir və bu şəkil çəkildikdən sonra eşqə düşülür, ya da bir anda ürək döyüntüləri artır. Bundan sonra beyində bütün işlər qarışır. Beyində 12 mərkəz birdən işləməyə başlayır. Keçici bir dəlilik. İnsanın ağlı və məntiqi tamamilə kənarda qalır./ TurpKimi.com

İstixeber.info

loading...