BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İmam Hüseyn (ə) qübbəsinin altında edilən dualar nə vaxt qəbul olur?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İmam Əli (ə) buyurmuşdur: “Ən xoşbəxt insan o kəsdir ki, bizə görə beş əməli yerinə yetirər:

1. Bizim fəzilətləri tanıyar.

2. Bizə olan sevgisi xalis olar.

3. Əhli-Beytin (ə) vasitəsilə Allaha yaxınlaşar.

4. Əhli-Beytin (ə) sözlərinə əməl edər.

5. O şeyi ki, qadağan ediblər, ondan çəkinər”.

Hər kim bu beş əməli yerinə yetirər, dünyada Əhli-Beyt (ə) davamçısı olar, axirət isə onlarla birlikdə olar.

İstixeber.info deyerler.org- istinadən xəbər verir ki, insanın İmamlar (ə) barəsində biliyi hər nə qədər çox olarsa onları ziyarət etmək daha cazibəli olar.

Hədislərimiz buyurur ki, İmam Hüseyn (ə) qübbəsinin altında edilən dualar qəbul olar. Ancaq hər dua deyil. Bəlkə o dua ki, bəzi şərtlərə malik olmalıdır. Duanın sərhədləri vardır. O dua ki, yerinə yetirilməsi mahaldır, onu Allahdan istəmək olmaz.

Dua xaliscəsinə edilməlidir. Yəni, insan etdiyi duada xalis olmalıdır.

Dua edən zaman diqqəti Allahda olmalıdır. Dua edən insan əvvəl tövbə edərək özünü paklamalı, sonra dua etməlidir. Çünki pak insanların duası cavabsız qalmaz.

Əgər duada gecikmə vardırsa, deməli İlahi hikmət onu təxirə salmışdır. Hər bir şeyin öz vaxtı və zamanı vardır. Eyni zamanda edilən duaların da. Bəzi duaların gecikməsi o deməkdir ki, həmin duanın bu anda həyata keçməsi həmin şəxs üçün bəyənilən və xeyirli deyildir.

Əlbəttə, İmamın (ə) hərəmində edilən dualardan əvvəl, zəvvarın əsil hədəfi ziyarət olmalıdır. Çünki ziyarət qəsdi ilə bu pak məkana ayaq basmışdır.

Beləliklə deyə bilərik ki, əgər dualarınızın İmam Hüseyn (ə) qübbəsinin altında qəbul olmasını istəyirsinizsə, gərək bəzi şərtlərə əməl edəsiniz. Bu şərtlər: duanın edildiyi zaman, məkan və həmin şəxsin paklığı, duanı ixlasla etməsi və mahal olan dualardan çəkinməsidir. (Beytutə)

İstixeber.info

loading...