BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sevgi Elmi: Alimlər hisslərimizi necə öyrənir?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Çox vaxt insanlar sevginin nə olduğunu anlada bilmir, ona aid sualları cavablandıra bilmir. İnsanlar bəzən sevginin nə olduğunu izah edə bilmir, hesab edir ki, bu iki nəfər arasında yaranan “qığılcımdır”, “kimyadır”. Bəziləri bunu taleyin hökmü ilə, qismətlə bağlayır.

İstixeber.info-nun məlumatına görə, mütəxəssislərin isə öz fikri var.  Bir çox tədqiqatların müəllifi Hert ter Horst hesab edir ki, sevginin təzahürlərini və bu hissin təbiətini münasibətlərin mərhələsindən asılı olaraq öyrənmək gərəkdir.  Amerikalı psixoloq Robert Sternberq sevginin üç komponentdən ibarət olan maraqlı nəzəriyyəsini düşünmüşdür. Onun fikrincə, istənilən insan münasibətləri zaman kəsiyində inkişaf edir və bir neçə mərhələdən keçir: öhdəçilik, yaxınlıq və ehtiras. Münasibətlərin inkişafı üç əsas dövrdən ibarətdir.

Aşiqlik dövrü.  Bu mərhələ 6 ay davam edir və yüksək ehtiras, əsəb gərginliyi ilə ifadə olunur.

Ehtiraslı sevgi. Bu mərhələdə münasibətlər bir neçə il davam edə bilər. Eyforiya tədricən sakitləşmə ilə əvəz olunur, gərginlik səviyyəsi azalır. Orqanizmdə kortizol səviyyəsi normaya uyğunlaşır. Məlumdur ki, kortizol şəkər mübadiləsini tənzimləyir.

Dostyana sevgi. Ehtiras keçir, rahatlıq və müntəzəmliklə əvəz olunur. Tərəflər arasında bir-birinə inam üzərində qurulmuş münasibətlər formalaşır. Bu mərhələdə münasibətlər onillərlə davam edə bilər.

Alimlər ikinci yarısı ilə ayrılan adamın orqanizmini öyrənir. Təcrübədə iştirak etmək üçün sevdikləri ilə yenicə ayrlmış adamlar dəvət olunmuşdur. Tədqiqat zamanı hər iştirakçıya sevgilisinin şəkili göstərilir. İştirakçının reaksiyası maqnit-rezonans tomoqrafda qeydə alınır. Məlum olur ki, təcrübə prosesində könüllülər orta beyin qapaqlarını, bazal qanqliyaları və qabıq strukturlarını cəlb edir. Ayrılıqdan sonra çaşqınlıq hissi yaranır. Orbitofrontal qabıq, alın payının aşağı hissəsi aktivləşir və insanda hisslərinə nəzarət etmək istəyi yaranır. Alimlər təyin edir ki, neyron əlaqələrin aktivliyi insanın yaşadığı depressiya vəziyyətinə uyğundur. Mütəxəssislər əmindir ki, tezliklə sevgiyə süni nəzarət üsulu yaradılacaq./ailehekimi

İstixeber.info

loading...