BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

«Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsin növbəti tədbirləri keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

«Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi «Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsi çərçivəsində növbəti tədbir və seminarları AQMKGT-ın resurs və təlim mərkəzində həyata keçirib.

Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə 09.10.2019, 10.10.2019, 11.10.2019-cu il tarixlərdə «Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsi çərçivəsində «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin təşkil etdiyi maarifləndirici tədbir və seminarlar AQMKGT-ın resurs və təlim mərkəzində icra edildi.

İstixeber.info xəbər verir ki, tədbiri «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov açıq elan edərək gələn qonaqları salamladıqdan sonra, öncə Ümummilli Lider Heydər Əliyevin və cəmi şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməyi tədbir iştirakçılarından xahiş etdi. Sonra o, təşkilatın gördüyü işlərdən, qarşıya qoyulmuş məqsəd və vəzifələrdən ətraflı məruzə etdi. Əlavə olaraq mədəniyyət və incəsənət nümayəndələrinin xalqın mənəvi dəyərlərinin qorunub inkişaf etdirilməsindənn, tarixi yaddaşının daim ayaqda qlmasında mədəniyyət və incəsənət nümayəndələrinin müsbət təsirini, əhəmiyyətini qeyd etdi.
Ekspert Səhərnaz Muradova söz alaraq, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsini düzgün təşkil etmək üçün hərbi vətənpərvərlik mövzusunda müasir qəhrəmanlıqları əks etdirən bədii filmlərin vacibliyindən ətraflı məlumat verdi. Misal üçün Türkiyə istehsalı olan bədii filmləri qeyd edərək o filmlərdə tez-tez Mübariz İbrahimov fenomeninə yer verildiyini bildirdi.
QHT rəhbəri, klassik musiqinin mahir ifaçısı Orxan Cabbarov söhbətə qoşularaq, istedadlı gənclərin bu sahəyə gətirəcəyi yeniliklərdən danışdı.Bildirdi ki, mədəniyyətdə, incəsənətdə ən dəyərli əsərləri, incəsənət nümunələrini gənclər yaradıb.

Tədbirdə gənc aktrisa Marina Mirzəyevanın, gənc rəssam Gülnurə Mirzəyevanın, Rəssamlıq Akademiyasının tələbəsi Aytən Həsənovanın və s. geniş, maraqlı çıxışları və təklifləri oldu.
Sonda tədbir iştirakçılarına papkalar, bukletlər, metodiki tövsiyyələr və dəftərxana ləvazimatları paylandı.
«Mədəniyyət və incəsənət xadimləri arasında hərbi vətənpərvərlik ideyalarının təbliği» layihəsi 10.10.2019, 11.10.2019-cu il tarixlərdə öz işini davam etdirdi. Layihənin seminar hissəsini layihə rəhbəri Şahin Qədirov, ekspert Orxan Cabbarov həyata keçirdi. Seminar iştirakçıların xüsusi diqqət və marağına səbəb oldu. Təlimdə iştirak edən nümayəndələr, bu cür seminarlarlara mədəniyyət və incəsənət nümayəndələri arasında ciddi ehtiyac duyulduğunu qeyd etməklə bərabər , öz aldıqları bilgi və məlumatları seminarda iştirak etməyən digər həmkarları arasında paylaşacaqlarını bildirdilər.
Tədbir və seminarlar çay, kofe süfrəsi arxasında yekunlaşdı.

İstixeber.info

loading...