BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

ƏMRAH FƏQANOĞLU: “YAĞIŞ YAĞIR”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

YAĞIŞ YAĞIR

Yağış yağır
narın -narın
Üzərinə
göy otların.
Yağış yağır,
hanı quşlar?
Yuvalara sığınmışlar.
Görən yağış
kəsər haçan,
Seyr edirlər
yuvalardan.
Yağış yağır
göy çəmənə,

Yağır çölə,
düzə yenə.
Gözəlləşir
daha da bax,
Gül – çiçəklər
yuyunaraq.
Yağış yağır,
gözəlləşir
bütün aləm.
Yağış yağır,
Nə gözəldir
bu gün aləm…

ƏMRAH FƏQANOĞLU

loading...