BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda növbəti dəfə əmək yarmarkası keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

11 oktyabr 2019-cu il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Yevlax şəhər Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə Yevlax şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.

İstixeber.info xəbər verir ki, əmək yarmarkasına 31 müəssisə və təşkilatdan 13 dövlət, 18 qeyri-dövlət olmaqla 160 boş iş yerləri çıxarılmışdır. Həmin iş yerlərinin 69-u qulluqçu, 43-ü xidmət , 48-si isə fəhlə yerlərindən ibarətdir. İş yerlərinin 81-i dövlət, 79-u isə qeyri- dövlət müəssisə və təşkilatlar tərəfindən çıxarılmışdır. Tədbirdə 112 nəfər işsiz və işaxtaran vətəndaşlar iştirak edib. Müraciət edən vətəndaşlardan 93 nəfər işaxtaran vətəndaşlara işə göndəriş verilmişdir.

Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən vətəndaşlar peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaq, ayrı-ayrı şəxslər isə özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.

İstixeber.info

loading...