BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Goranboyda baş verən hadisə ilə bağlı- AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

DİN mətbuat xidmətindən İstixeber.info-ya verilən məlumata görə, Alırzalı kəndində 1984-cü il təvəllüdlü Sahilə Məzahir qızı Ələkbərova qonşuları olan Fürduz Dəmirova və onun ovladları (oğulu və qızı) tərəfindən döyülüb.

“Hadisəyə səbəb S.Ələkbərovaya məxsus atın otlayaraq F.Dəmirovanın həyətinə keçməsidir. S.Ələkbərova səhər saatlarında atı onların həyətində görüb və onun oğurlandığını düşünüb. Ona görə də aralarında mübahisə yaranıb. Hər hansı bir ata bağlayaraq sürüdülmə məsələsi olmayıb. Sadəcə, qadını kəndirlə bağlayıb döyüblər. Məsələ ilə bağlı hadisədə iştirak edən şəxslərin izahatı alınıb və araşdırma aparılır”.

İstixeber.info

loading...