BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Azərbaycanda bədbəxt hadisə: 19 yaşlı oğlanı məsciddə elektrik vurub öldürdü


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

İstixeber.info Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb.

2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. M.Masizadə çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. Nəticədə, o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26