BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sahil Babayev İranın İqtisadi İşlər və Maliyyə naziri ilə görüşüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tehranda İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd ilə görüşüb.

Nazirlikdən İstixeber.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini bağlılıqların iki ölkə arasındakı əlaqələrin əsasını təşkil etdiyi bildirilib. Bu əlaqələrin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin mühüm rolu vurğulanıb.

İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdiyi, bunun daha bir təzahürü kimi, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət döviyyəsinin 74 faiz artdığı, həmçinin investisiya əməkdaşlığının genişləndiyi bildirilib. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın qeyd olunan sahələrdə əlaqələrin genişlənməsində uğurlu fəaliyyəti qeyd edilib.

Komissiyanın fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq təcrübəsindən bəhs olunub və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26