BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qəzaların qaçılmaz olduğu yoldan XƏBƏR VAR – FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 3
  •  
  •  
  •  
  •  

Ötən yazılarımızda Xaçmaz rayonu Qusarçay kəndi ərazisində “4 yol” adlanan ərazi bir çox sürücülərin kabusuna çevrilməsi barədə araşdırma aparmışdıq.

Qeyd edilən problemin bu gün həllinə nail olduq.

Dövlət qurumlarının nümayəndələri İstixeber.info-ya verdikləri sözə əməl etdilər. Bu gün səhərdən həmin ərazidə  nişanlanma işləri aparılır, piyada keçidləri qurulub.

Səsimizə səs verən hər kəsə təşəkkür edirik.

Həmin yazdığımız materialda vətəndaşların şikayətini olduğu kimi yenidən sizə çatdırırıq.
Beləki, sadalanan yol ayrıcı Bakı-Rusiya, Bakı-Nabran yolunun üstündə yerləşdiyindən hər dörd istiqamətdən gələn nəqliyyat vasitələri
bu yolda çətinlik çəkirlər. Səbəb kimi isə yolda nəqliyyat vasitələrinin çoxluğu və yolda işıqforun olmamasıdır. Aşağı və yuxarı kəndlərdən gəlib-gedən nəqliyyat vasitələri magistiral yola çıxmaq üçün əməlli-başlı əziyyətə qatlaşırlar. Sürücülərin dili ilə desək bu dörd yolda işıqforun quraşdırılmasına ehtiyac var. Hər gün demək olar ki, burda qəzalar baş verir. Bəs adını qeyd etdiyimiz yol ayrıcında işıqforun quraşdırılması ilə bağlı aidiyyatı qurumlar nə fikirləşir?Suallarımızı telefon vasitəsi ilk öncə Xaçmaz rayonu Qusarçay kənd bələdiyyəsinin sədri Sadiq Alışova verdik. Sadiq müəllim “dörd yol” adlanan ərazidə işıqfor qoyulması ilə bağlı sizə müraciətlər daxil olubmu və sizdə bələdiyyə olaraq hansı dövlət qurumlarına məsələ ilə bağlı müraciət etmisiz? Sadiq Alışov: Dörd yoldakı vəziyyətlə bağlı xəbərdarıq. Düzdü bu yolda nəqliyyat vasitələri həqiqətən çoxdu. Bizdə İcra Nümayəndəliyi və Bələdiyyə olaraq lazımı qurumlara şifahi məlumat vermişik. Sadalanan ərazidə işıqfor quraşdırılarsa həqiqi mənada yaxşı olar. Müraciətlər çox olarsa rəsmi qaydada da aidiyyatı qurumlara müraciət edə bilərik.
Bələdiyyə sədrinin də dediklərini dinləyib qarşı tərəf kimi BDYP Siqnal İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Xaçmaz rayonu üzrə rəisi Telman Əliyevlə əlaqə saxladıq. Telman müəllim cavabında bildirdi ki, şimal royonlarında bir çox yol ayrıclarında işıqforlar quraşdırılıb, yolların nişanlanması standarlara uyğun aparılıb. Ümümiyyətlə dörd yol ayrıclarında işıqforların quraşdırılması xüsusi komissiyanın rəyi əsasında aparılır. Əgər həmin komissiyaya belə müraciətlər daxil olarsa sadalanan və istənilər ərazi qiymətləndirilir, layihə hazırlanır və işıqforlar quraşdırılır. Dediyiniz ərazi ilə bağlı isə tərəfimizdən növbəti baxış keçiriləcək və ehtiyac duyularsa ərazidə işıqfor və digər nişanlanma işləri aparıla bilər.
Əziz oxuyucular Siz də vətəndaş olaraq hər hansı məsələ ilə bağlı ilk öncə yaxınlıqdakı aidiyyatı qurumlara ərizə ilə müraciət edin. Və əminlikdə deyə bilərik ki, müraciətiniz qəbul olunacaq və dörd yolunuza işıqfor quraşdırılacaq.

İstixeber.info İnformasıya Portalı Xaçmaz
Rəşad Ağaşirinov

loading...