BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Dünya çempionu olan 11-ci sinif şagirdi : “Adımı tarixə yazdırdım” – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

29 sentyabr 6 oktyabr tarixlərində “Mauy Tay” idman növü üzrə Türkiyənin Antalya şəhərində keçirilən Dünya çempionatında Yevlax şəhər Mirzə Ələkbər Sabir adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Ağazadə Rəvan Əli oğlu 67 kq çəki dərəcəsində rəqiblərini məğlub edərək Dünya çempionu adına layiq görülüb.

Bu barədə “Mauy Tay” idman növü üzrə yeganə Azərbaycanlı Dünya çempionu Rəvan Ağazədə İstixeber.info-ya məlumat verib. 4 döyüş keçirən idmançımız 1-ci döyüşdə Amerikali idmançısını, 2-ci döyüşdə Moldova idmançısını, 3-cü döyüşdə Türk idmançısını və nəhayət finalda Macarıstan idmançısını məğlub edərək Azərbaycan Bayrağını yüksək tiribunalarda dalğalandırıb.

“Çox ağır döyüşlər keçirdim. Gecə-gündüz Fəxri müəllimlə məşq edirdik. Şükür Allaha əziyətimiz yerdə qalmadı. Adımı tarixə yazdırdım” -deyə idmançı qeyd edib.

Qeyd edək ki, idmançımızın məşçisi Fəxri Əliyev “Muay Tay” idman növü üzeə yeniyetmələr və gənclərdən ibarət yığma komandanın böyük məşqçisidir.

İstixeber.info Yevlax

loading...