BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Allah ilan və tovuzquşunu nəyə görə cənnətdən qovub?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bütün canlılar təkrar olunmaz görünüşə malikdir. Təbiətin bir parçasına çevrilmiş heyvanlar və quşlar içərisində də öz gözəlliyi ilə seçiləni az deyil. Bəzi canlıları gözəllikləri belə xilas edə bilməyib.

İstixeber.info xəbər verir ki, xüsusilə də tovuz quşları Yaradanın şah əsəri kimi tanınır. Bəs nədən bu gözəlliyə sahib olan quşu və ilanı Tanrı cənnətdən xaric edib?

Tövratda çöl heyvanlarının ən hiyləgəri kimi ilan göstərilib. Buna səbəb cənnətdə yaşayan Həvvaya yaxınlaşaraq onu yasaq ağacının meyvəsindən yeməyə təhrik etməsidir. Daha sonra Həvva qadağan olunmuş meyvədən Adəmə də yedizdirib.

İncildə isə şeytan ilanın içinə girərək Həvvanın yalnız qalmasını gözləyərək ona qadağan olunmuş ağacın meyvəsini yedizdirib.

Qurani Kərimdə isə ilandan və tovuz quşundan bu şəkildə bəhs edilir : iblis cənnətdən qovulduqdan sonra Adəm də cənnətdən çıxarılmaq üçün fürsət gözləyirdi. O sıralarda cənnətin qapısında ilanı və tovuz quşunu gördükdə cənnətdən qovulmaları üçün onlara bir təklif edib. Bu təklifə görə iblis sehrli bir muncuq olub tovuz quşunun ağzına girərək, ordan da Həvvanın qarşısına çıxaraq ondan qadağan olunmuş meyvəni yeməsini istəyib. Buna görə də Allah tovuz quşunu, ilanı, iblisi, Adəm və Həvvanı cənnətdən qovaraq hamısını dünyaya göndərib./buta.ws

İstixeber.info

loading...