BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bilal Əliyev atası çağırır deyə “Maşın”dan getdi: aeroportda görüntüləndi – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xalq artisti Bilal Əliyevin ATV-nin efirində yalan danışdığı iddia edilib.  

İstixeber.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, müğənni “Maşın”ın dünənki buraxılışında atasının xahişi ilə şoudan getmək istəyini bildirib və əlini avtomobildən çəkib.

B. Əliyev 87 yaşlı atasının yaşadığı kəndə gedəcəyini vurğulayıb. Lakin realiti proqramdan sonra sənətçi hava limanında görüntülənib.

Sosial şəbəkələrdə yayılan videodan məlum olur ki, müğənni xarici ölkəyə getmək üçün aeroporta üz tutub.

Qeyd edək ki, B. Əliyevin atası Salyan rayonunda yaşayır.

İstixeber.info

loading...