BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Əlilliyi olan şəxslər səyyar formada reabilitasiya vasitələri ilə təmin edilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi Bakıya gəlmək imkanları olmayan əlilliyi olan şəxslərin səyyar formada reabilitasiya vasitələri ilə təminatı işlərini davam etdirir.  

İstixeber.info xəbər verir ki, bu məqsədlə  cari ilin sentyabr ayında Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarında əlilliyi olan vətəndaşlara səyyar protez-ortopedik xidmətlər göstərilib. Qeyd olunan rayonlarda 54 əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib. Həmin vətəndaşlara 1 ədəd yuxarı ətraf protezi, 2 cüt ortopedik ayaqqabı, 1 ədəd bandaj, 3 əlil arabası, 26 cüt dirsəkaltı, 20 cüt qoltuqaltı ağac, 46 ədəd əsa, 116 ədəd güdül üçün corab, 28 ədəd dizlik, 3 ədəd yara əleyhinə döşəkcə, 86 ədəd rezin ucluq verilib.

Protez Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti mərhələdə  cənub bölgəsində yaşayan əlilliyi olan şəxslərə səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi planlaşdırılır.

İstixeber.info

loading...