BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bu gün Yevlax rayonunda çağırışçı gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

İstixeber.info xəbər verir ki, tədbirlərdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsinin şəxsi heyəti, hüquq mühafizə orqanlarının, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri və valideynlər iştirak ediblər.

Mərasimin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan muzeydə Ümummilli Liderin həyat və fəaliyyətinə dair stendlərlə tanış olublar.

Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov bildirib ki, ölkəmizdə hərbi sahəyə göstərilən dövlət qayğısı Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silah-sursatla təmin olunmasına, əsgərlərimizin mənəvi-psixoloji hazırlığına, onların döyüş ruhunun yüksəldilməsinə imkan verib.

SHXÇDX-nin Yevlax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elməddin Cəfərov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, gənclərə vətənimizin, müstəqilliyimizin qorunmasında şərəfli xidmət arzulayıb.

Millət vəkili İlham Məmmədov çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb.Çağırışçılar adından çıxış edən Osman Mahmudov öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına, torpaqlarımızın azad edilməsi naminə hər an hazır olacaqlarına söz verib.

Konsert proqramı ilə davam edən tədbirin sonunda çağırışçı gənclər Dövlət bayrağımızı öpərək həqiqi hərbi xidmətə yola düşüblər.

İstixeber.info

loading...