BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Polislərin Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”

Bu barədə İstixeber.info-ya Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iddia olunan hallarla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılıb, yaranan münaqişədə polis əməkdaşlarının iştirakı təsdiqlənmir. Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, sentyabrın 28-də günorta saatlarında Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin növbə rəisi tərəfindən “102 Zəng Mərkəzinə” Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz tikinti aparılması və həmin şəxslərlə aralarında münaqişə baş verməsi ilə bağlı məlumat verilib. Daxil olan məlumat üzrə Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və tərəflər arasında yaranan münaqişənin qarşısı alınıb.

Müəyyən olunub ki, 1977-ci il təvəllüdlü, Tərtər rayon sakini Sərxan Musayev Dövlət Neft Şirkətinin mühafizə zolağına aid olan ərazidə fərdi yaşayış evinin tikintisi ilə bağlı bünövrə işləri aparıb və Dövlət Neft Şirkətinin Neft Kəmərlərinin Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tikinti dayandırılarkən onun çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlilləri münaqişəli vəziyyət yaradıblar. Hadisə nəticəsində S.Musayev, onun tanışı Sultanəhmədov Əhməd və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26