BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İki dövlət qurumunun səhlənkarlığı ucbatından işiqsız qalan uşaq bağçasının işığı yandı – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmaz rayonu Xudat şəhəri Konserv Zavod qəsəbəsində yeni tikilib istifadəyə verilən uşaq bağçası işıq üzünə həsrət qalıb.

Məsələyə aydınlıq gətirmək üçün ilk öncə bağçanın işıq təhcizatı ilə tanış olduq. Aldığımız məlumata görə, artıq bu məsələ neçə aylardır ki, davam edir. Bağça tamamı ilə elektrik enerjisindən məhrum edilib.

 

Sual yaranır. Bəs bağçada işıq yox, su yox. bu uşaqlar orda necə təhsil alır və necə istirahət edirlər?

Su, işıq olmayan bağçanın vəziyyətini özünüz təssəvür edin.

Məsələni araşdırmaq üçün ilk öncə Xaçmaz İH-nin Xudat İƏV-nin nümayyəndəsi Akif Mərdanovla əlaqə saxladıq. Akif müəllim bildirdi ki, həmin bağçada elektrik sayğacı var. Amma elektrik xətləri 3 faza ilə çəkildiyindən köhnə bağçadan gətirdiyimiz sayğac tələbləri ödəmir. Azərişıq isə bu problemi öz üzərindən atır. Asan xidmətdən maraqlanmışam sayğacın qiyməti 260 manatdır. Gətirsinlər, quraşdırsınlar məndə ödənişi edim.

Digər bir tərəf kimi Azərişıq ASC-nin Xudat şəhəri üzrə rəisi Fətəli Niftəliyevlə əlaqə saxladıq. Qarşı tərəflərdən biri kimi deyirəm: “Bizim işimiz istənilən obyekti enerji ilə təmin etməkdir. Həmin bağçaya indiyə kimi enerji verilib. Amma bu belə olmaz. Baəçaya çəkilmiş enerji xətlərinə uyğun sayğac quraşdırılmalıdır. Orda olan sayğac isə bir fazalıqdır. Həmin bağçanın daxilində elektrik xətlərin kim çəkib bilmirəm. Amma biz düz bağçanın önünə kimi işıq çatdırmışıq və paylayıcı ilə təmin etmişik. Hal-hazırda da bu məsələnin həlli üçün danışıqlar aparılır ki, körpələr susuz, işıqsız qalmasınlar. Aidiyyatı qurumlar yeni sayğacı alsınlar və bizdə quraşdıraq. Məsələ bu qədər bəsit.”

Bizi və oxucularımızı isə bir sual daha çox maraqlandırır. Bəs bağça müəllimələri ən çox tələb olunan su işlərini necə həll edirlər?

Araşdırma zamanı bəlli oldu ki, bağça xadimələri suyu kənardan əllə gətirirlər.

Deməli işıq və su olmayan uşaq bağçasının problemi biz məsələni işıqlandıran 20 dəqiqə sonra Azərişıq və Xaçmaz İH-nin Xudat İƏV-nin nümayyəndələrinin iştirakı ilə bağçaya elektrik enerjisi verildi. Amma köhnə bir fazalıq sayğac üzərindən. Yenədə məsələ qisməndə olsa həllini tapdı.
Sonda isə bir məsəli demək istəyirik…

Hörmətli məmurlar bir problemin həlli üçün mütləqdirmi bu işə mətbuat qoşulsun?

Səsimizə səs verib körpələr evini işıqla təmin edən hər kəsə təşəkkür edirik.

İstixeber.info İnformasıya Agentliyi Xudat 27.09.2019
Rəşad Orucoğlu

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26