BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Direktor müəllimin razılığı olmadan onun müqaviləsinə necə xitam verə bilər? – CAVAB


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti rayonlardan olan namizədlər üçün müsahibə mərhələsi bir sıra rayonlarda başa çatıb.

Bu mərhələdə Sabirabad, Masallı, Qobustan, Göyçay, Şəki və İsmayıllı rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 85 namizəd iştirak edib.

Müsahibədə namizədlərə əmək müqaviləsi, əmək qanunvericiliyi ilə bağlı verilə biləcək sualların cavablarını mütəmadi olaraq təqdim edir. Bugünə qədərki məlumatlar işçinin əmək müqaviləsinə xitam verilərkən istifadə edə biləcəyi hüquqları ilə bağlı olub.

Bəs, direktor müəllimin istəyi, razılığı olmadan müqaviləsinə xitam verə bilərmi? Bunun üçün hansı əsaslar olmalıdır?

İstixeber.info xəbər verir ki, tərəflərin iradəsindən, istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilə bilər:

-Müəllim hərbi və ya alternativ xidmətə çağırıldıqda;

-Əvvəl müvafiq işdə çalışan müəllimin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;

-Qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar müəllim əmək funksiyasını yerinə yetirə bilmədikdə;

-Müəllimin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;

-Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəllimin fəaliyyət qabiliyyətsizliyi təsdiq edildikdə;

-Müəllim vəfat etdikdə;

-Əvvəl həmin məktəbdə çalışan müəllim müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq istədikdə.

-Qanunsuz  işdən çıxarılmış müəllim işinə bərpa olunması üçün məhkəməyə müraciət edərsə və məhkəmə iddiasını  təmin edərək işinə  bərpası haqqında qətnamə qəbul edərsə, direktor məhkəmənin qanuni qətnaməsi dərhal icra etməlidir. Həmin müəllim  əvvəlki işinə və ya razılığı ilə başqa işə bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən müəllimin yerinə qəbul edilmiş həmkarı ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər.

Qeyd edək ki, sözügedən rayonlar üzrə müsahibələr sentyabrın 21-dək davam edib.

Müsahibə nəticələri və növbəti müsahibələrin keçiriləcəyi tarixlər barədə isə namizədlərə məlumat veriləcək./AzEdu.az

İstixeber.info

loading...