BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Zaur Əliyev: Publik-hüquqi şəxsə keçid xəstəxanalara çeviklik imkanı verəcək


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  

“Son 3 ildə icbari tibbi sığorta üzrə pilot layihə Mingəçevir, Ağdaş və Yevlax rayonlarında həyata keçirilir. İcbari tibbi sığortanın tətbiq olunduğu regionlarda pilot layihə çərçivəsində həkimlərin məhsuldarlığı artıb”.

İstixeber.info xəbər verir ki, bu fikirləri  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

 

Z.Əliyev bildirib ki, icbari tibbi sığortanın üstünlükləri kimi, növbədə gözləmək kimi mənfi cəhətlər də mövcuddur: “Cari ildə bütün gücümüzü IT infrastrukturun qurulmasına yönəltmişik. Xəstəxanada informasiya sisteminin qurulması çox önəmlidir. Hazırda onlar qurulub və sınaq müddətindədirlər”.

“İlin sonunadək səhiyyə müəssisələri publik-hüquqi şəxsə keçiriləcək. Publik-hüquqi şəxsə keçid xəstəxanalara çeviklik imkanı verəcək”, – deyə o qeyd edib.

İstixeber.info

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26