BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yevlaxda DƏHŞƏTLİ QƏZA: Gülyaz və Gülyanaq Məmmədovaların bacısının əri ölüb, övladları yaralanıb – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Hadisə bu gün Yevlax rayonunun Xanabad kəndində qeydə alınıb.

İstixeber.info xəbər verir ki, “VAZ 2106” və “Picap” markalı avtomobillər toqquşub.

 

Qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Xəsarət alanlar isə Şəki rayonu Böyük Dəhnə kənd sakinləri – Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).

Ölən və xəsarət alanların hamısı “VAZ 2106” markalı avtomobildə olub.

Qeyd edək ki, qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır.

İstixeber.info

loading...