BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

POLİS HƏMİŞƏ VƏTƏNDAŞLARIN YANINDA, ONLARIN KÖMƏYİNDƏDİR – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Aztəminatlı ailələrin sosial rifahının yüksəldirilməsi istiqamətində dövlət tərəfindən göstərilən diqqət və qayğı müstəqil ölkəmizin ən prioritet məsələlərindəndir. Ölkə rəhbərliyi tərəfindən mütəmadi olaraq xalqımızın bütün problemləri öyrənilir və onları həlli istiqamətlərində zəruri bütün işlər həyata keçirilir.

Hər bir azərbaycanlının yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən uğurlu sosial fəaliyyətə daxili işlər orqanları tərəfindən də həssaslıqla yanaşılır. İstər paytaxt ərazisində, istərsə də regionlarda yerləşən polis idarə, şöbə və bölmə rəhbərlikləri tərəfindən problemləri olan hər bir sakin qəbul edilir, dinlənilir və onları narahat edən məsələlərin həlli istiqamətlərində zəruri və təxirəsalınmaz bütün tədbirlər həyata keçirilir.

 

İstixeber.info xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən də rayon ərazisində yaşayan aztəminatlı ailələrin problemlərinin həlli hər zaman diqqət mərkəzində olub. Rayonda yaşayan, maddi cəhətdən imkanı zəif olan və köməyə ehtiyac duyan hər bir sakin şöbə rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov tərəfindən qəbul edilir, onların narahat edən məsələlərin həll olunması üçün müvafiq tədbirlər görülür. Onlar arasında aztəminatlı ailələrdən olan rayonun Çarxı kənd sakini, 67 yaşlı Natiq Əskərovun və əlillik həyatı yaşayan 29 yaşlı Eltac Uzdanovun adlarını çəkmək olar. RPŞ tərəfindən hər iki şəxsin problemləri qısa zamanda həll olunmuş, eləcə də onların ailələrinə mütəmadi olaraq daxili imkanlar hesabına köməklik göstərilməsi nəzərdə tutulmuşdur.

Rayon sakinləri şöbə tərəfindən onlara göstərilən diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Xaçmaz RPŞ-nin rəisinə və bütün polis əməkdaşları minnətdarlıqlarını bildirirlər.

İstixeber.info

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26