BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

PİYADA KEÇİDLƏRİ YENİDƏN RƏNGLƏNİR, KÖHNƏ YOL NİŞANLARI İSƏ YENİLƏRİ İLƏ ƏVƏZ OLUNUR – FOTOLAR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şimal bölgəsində piyada keçidləri yenidən rənglənir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar, Siyəzən və Şabran Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində hərəkətin sıx olduğu küçə və prospektlərdə, eləcə də təhsil ocaqlarının yerləşdiyi ərazilərdə bir sıra təhlükəsizlik tədbirləri görülüb. Azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması istiqamətindən görülən tədbirlər zamanı yollarda quraşdırılmış köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib. Bundan əlavə nəqliyyat axınının intensiv olduğu bir neçə küçələrdə yeni piyada solaqları da salınıb.


DYPB əməkdaşları tərəfindən təhsil müəssisələrində uşaqlarla yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə açıq dərslərin keçirilməsi də nəzərdə tutulub.

İstixeber.info

loading...